...

ABŞ-da hesab edirlər ki, Azərbaycanda korrupsiyanın aradan qaldırılması üçün hökumətə sistematik və davamlı proqram lazımdır

Cəmiyyət Materials 4 İyun 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Ağayeva/Azərbaycanda korrupsiyanın aradan qaldırılması üçün hökumətə sistematik və davamlı proqram lazımdır. Bu barədə bazar ertəsi Bakıda Azərbaycan-Amerika ticarət palatasının şərəfinə təşkil olunmuş təntənəli naharda ABŞ-ın ticarət nazirinin birinci müavini Devid Sampson bəyan edib.

"Azərbaycanda gömrük idarəetməsi, lisenziyalaşdırma və vergi funksiyalarının effektivliyi, davamlığı və şəffaflığı üzrə ciddi addımlar atılmalıdır", deyə o bəyan edib.

Sampson Azərbaycan prezidentinin gömrük xidmətinin təxmilləşdirilməsi və investorlar üçün yeni iqtisadi zonanın yaradılması ilə bağlı fərmanını alqışlayır.

ABŞ-ın ticarət nazirinin müavini həmçinin Azərbaycan hökumətinin Dövlət Neft Fondunun yaradılması vasitəsilə enerji gəlirlərinin şəffaf idarə olunması üzrə səylərini müsbət adlandırıb.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında növbəti vacib addımı kimi Sampson ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə addımlarını göstərib. Onun fikrincə, Azərbaycanın ÜTT-yə daxil olması prosesində əldə etdiyi irəliləyişlər hökumətin ədalətli biznes mühiti yaratması niyyətində olduğunu sübut edir.

"ABŞ Azərbaycana sabit bazar iqtisadiyyatının yaradılmasında istənilən köməyi göstərməyə hazırdır", deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti