...

Qəsdən adam öldürmədə təqsirləndirilənlər məhkəmə istintaqından narazıdır

Cəmiyyət Materials 7 İyun 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında qəsdən adam öldürmədə təqsirləndirilən şəxslər məhkəmə istintaqının qeyri-obyektiv aparılmasından narazıdırlar. Təqsirləndirilənlər - Dmitri Pavlov, Ruslan Bessanov və Maksim Qenaşvili dövlət ittihamçısının çıxışına etiraz olaraq iyunun 1-dən aclığa başlayıblar. Bu barədə onların vəkilləri mətbuata açıqlama verib. Dövlət ittihamçısı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə təqsirləndirilənlərə 10 il iş istəyib.  

Dünən Ombudsman Aparatının nümayəndələri təqsirləndirilənlərlə görüşüb. Onlar hazırda aclıq aksiyası keçirmədiklərini, barələrində ədalətsiz məhkəmə hökmü çıxarılacağı təqdirdə aclığa başlayacaqlarını bildiriblər. Təqsirləndirilənlər istintaqın qeyri-obyektiv aparılmasından şikayət ediblər. Görüş zamanı onlar saxlanma şəraitindən narazı olmadıqlarını, onlara qarşı müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən qeyri-qanuni rəftara yol verilmədiyini deyiblər.

Adıçəkilən şəxslər 2005-ci il fevralın 15-də yetkinlik yaşına çatmayan Vüsal Zeynalovun ölümündə təqsirləndirilirlər.

Xəbər lenti

Xəbər lenti