...

Aktyorlara azad seçim hüququ vermək lazımdır - Abbas Qəhrəmanov

Cəmiyyət Materials 8 İyun 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /müx.TrendLife Vüqar İmanov/"Texniki təkamül, kompyuter sistemində yüksəliş insanlarda kino və teatr incəsənətinə marağın azalmasına gətirib çıxarır". Bu haqda TrendLife-a müsahibəsində Azərbaycan Dövlət Dram teatrının aktoru, beynəlxalq teatr festivalının laureatı Abbas Qəhrəmanov bildirib.

"Xarici ölkələrdə insanların kinoya və teatra marağını artırmaq üçün xüsusi müasir texnologiyadan istifadə edirlər. Bu planda bizim köməyimiz yoxdur. Sovet dövründə kino və teatr təbliğ olunurdu, dövlət də böyük dəstək göstərirdi. Bu gün isə incəsənət bazar iqtisadiyyatı üzərində qurulur. O, əyləncə xarakteri daşıyır. Kino və teatrın inkişafı üçün xarici bazarlara çıxmaq lazımdır. Və öz məhsullarımızı orda təbliğ etməliyik. Bundan başqa, köhnə stili dəyişmək lazımdır ki, tamaşaçıda teatr sənətinə və milli kinomatoqrafiyaya maraq artsın. Aktyor üçün isə şərtlər qoyulmalıdır ki, o, azad seçim edə bilsin" - deyə Abbas Qəhrəmanov bildirib.

Aktyor həmçinin bildirdi ki, ali təhsil aldığı vaxtlarda institutda təcrübədə olan "həftəbecərlər" televiziyadakı şou-biznesdə ən öndə gedənlərdirlər. "Bu düzgün deyil. Şou-biznes estrada janrı ilə bağlıdır. Və teatra heç bir vidiyyəti yoxdur. Əlbəttə, tamaşalarda aktyorlar çalır, oynayır, bu, tamam başqa şeydir. Onu da deyim ki, teatrdan şou-biznesə gedən aktyorlar sadəcə məhşurlaşmaq istəyirlər. Bu üzdən onlar teatrın inkişafı üçün heç bir şey edə bilmirlər".

Xəbər lenti

Xəbər lenti