...

Peşəkar boksçu Əli İsmayılov WBO-Latino titulunu Bakıda qoruya bilər

Cəmiyyət Materials 8 İyun 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov WBO-Latino titulunun qorunması üçün döyüşü Bakıda keçirə bilər.

İdmançının verdiyi məlumata görə, Azərbaycanda döyüş hələ keçən il baş tuta bilərdi.

Lakin maliyyə problemləri üzündən onu Sankt-Peterburqa keçirmək lazım gəlib. Burada Əli braziliyalı Lusiano Torresi məğlub edib.

Lakin İsmayılovun Bakıdakı çıxışı hələ də aktuallğını itirmir. Məsələ ilə bağlı yaxın zamanlarda danışıqlar üçün "Yaqurov və Co" promouter şirkətinin prezidenti Aleksandr Yaqupov gələcək.

"Bizim tam haqqımız var ki, döyüş Bakıda keçirilsin. Titulun sahibi kimi mən rəqibi, belə desək, öz meydanımda qəbul edə bilərəm" - deyə Əli qeyd edib.

Titulun qorunması üzrə döyüş sentyabrdan tez keçirilməyəcək. Bu vaxtadək isə Əli bir neçə sınaq döyüşü keçirəcək.

Xəbər lenti

Xəbər lenti