Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın şimal bölgəsində QİÇS daşıyıcılarının sayı iki dəfə artıb. Quba Regional HİV/QİÇS laboratoriyasının müdiri Maqsud Musayev bazar ertəsi bildirib ki, hazırda laboratoriyada bu xəstəliyə yoluxan 31 nəfər qeydiyyatdadır. Onlardan 9-u Quba, 3-ü Qusar, 4-ü Dəvəçi, 4-ü Siyəzən, 11-i isə Xaçmazın payına düşür. HİV/QİÇS daşıyıcılarının 46%-i şəhərdə, 54%-i isə kəndlərdə yaşayanlardır. Musayev bildirib ki, hesabat dövründə bu xəstəlikdən bir nəfər dünyasını dəyişib. Onun sözlərinə görə, bu xəstəlik əsasən Rusiyadan yayılır.
Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.