Azərbaycan, Bakı, 13 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Növbəti Azərbaycan mədəniyyəti günləri Cənubi Koreyada keçiriləcək. Bu haqda "TrendLife"a mədəniyyət və turizm naziri Əbülfəz Qarayev xəbər verib. Onun sözlərinə görə, mədəniyyət günləri iyulun 4-7-nə planlaşdırılıb. Nazir həmçinin bildirdi ki: "Bir daha yay aylarında mədəniyyət günləri keçirməyi düşünmürük. Belə ki, bu cür tədbirləri yayda təşkil etmək məqsədəuyğun deyil. Yayda məzuniyyət olmalıdır. Konsert zalları bağlanır. Mövsümün açılmasını gözləmək lazımdır".