...

Azərbaycanda infeksiyon xəstəliklərin həcmi 4-7 dəfə azalıb

Cəmiyyət Materials 18 İyun 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda yoluxucu malyariya xəstəliyi 41 faiz azalıb. Bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bazar ertəsi keçirdiyi mətbuat konfransında açıqlama verib.

Nazir bildirib ki, ümumiyyətlə, Azərbaycanda infeksiyon xəstəliklərin həcmi 4-7 dəfə azalıb. Şirəliyevin sözlərinə görə, hazırda ölkədə böyük epidemioloji problemlər yoxdur.

Nazir qeyd edib ki, yay mövsümü ilə əlaqədar çimərliklərdə sanitar qaydalara dair monitorinq aparılır. Səhiyyə nazirinin sözlərinə görə, Bakının çimərlikləri arasında Şüvəlan, Şıxov və Mərdəkan çimərlikləri istisna olmaqla digərlərində çimmək olar.

Yay mövsümü olduğundan qida məhsullarının keyfiyyətinin monitoriqinin aparılmasına dair Nazirliyin tapşırıqları var.

Xəbər lenti

Xəbər lenti