...

Sevda Ələkbərzadə: "Klip bazarında yarışmıram"

Cəmiyyət Materials 20 İyun 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /müx.TrendLife Günel Əhmədova/"Kliplərimi efirdə qalmaq xatirinə çəkdirmirəm. Düşünürəm ki, klip bazarında yarışmaqdansa, daha faydalı işlər görmək məqsədəuygundur. Əslində, yaxşı ifaçı sözünü kliplə deməməlidir. Müğənni potensialını səs imkanları ilə göstərməlidir". Bu sözləri Sevda Ələkbərzadə TrendLife-ın müxbiri ilə söhbətində dedi. Müğənni qeyd etdi ki, yaxın aylar üçün klip çəkdirməyi düşünmür.

Mahnılarını daha çox etno-caz üslübünda, Afrika müsiqisi və muğamlarının sintezi ilə oxuyan Sevda Ələkbərzadə yeni musiqili layihəsinin həlli barədə düşünür. O, bu barədə qarşıdakı aylarda məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti