...

Azərbaycanlı cüdoçular Türkiyəyə təlim-məşq toplanışına yollanırlar

Cəmiyyət Materials 21 İyun 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın cüdo yığması sentyabrda Braziliyada keçiriləcək mundiala hazırlıq məqsədi ilə Türkiyəyə təlim-məşq toplanışına yollanır.

Komandanın baş məşqçisi Ağayar Axundzadənin verdiyi məlumata görə, heyətdə gənclər arasında dünya birinciliyinin qalibi Nicat Şixəlizadə ( 60 kq), üçqat Avropa çempionu Elçin İsmayılov və Ramil Qasımov ( 66 kq), Mehman Əzizov və Elxan Rəcəbli ( 81 kq), Elxan Məmmədov ( 90 kq) və Mövlud Mirəliev ( 100 kq) yer alıb. Adı çəkilən idmançılara yalnız Avro-2006-nın qalibi Elnur Məmmədli qoşula bilməyib. Buna səbəb onun Türkiyədə meniskdən əməliyyat olunmasıdır. Elnur yalnız bu yaxınlarda məşqlərə başlayıb.

Təlim-məşq toplanışı zamanı əsas diqqət atletlərin funksional hazırlığına yetiriləcək.

Xəbər lenti

Xəbər lenti