...

Dövlət orqanlarında çalışmaq istəyən şəxslərin sayı ildən ilə artır

Cəmiyyət Materials 22 İyun 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dövlət orqanlarında çalışmaq istəyən şəxslərin sayı ildən ilə artır. Bu barədə Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov "Azərbaycanda dövlət qulluğunda islahatlar və səmərəli idarəçilik" mövzusunda cümə günü keçirilən konfransda açıqlama verib.

Onun sözlərinə görə, dövlət idarəçilik sistemində ehtiyat kadrların formaşdırılması üçün tədbirlər planı həyata keçirilir. "İcra hakimiyyətlərində 35 yaşında olan gənclərlə iş aparılır, perspektivli gənclər icra orqanlarında işə cəlb olunurlar. Prezidentin İcra Aparatının yerli icra hakimiyyətləri ilə birgə fəaliyyəti nəticəsində 47 kadr üçün orta yaş həddi 42 yaşa endirilib, yəni dövlət qulluğunda gəncləşmə siyasəti aparılır. Gənc kadrların irəli çəkilməsi, həmçinin vakant yerlərdə kadrların azalması, icra başçılarının rəhbərlərinə və xalqa hesabat verməsi daim dövlətin diqqət mərkəzindədir. İcra hakimiyyətlərində Prezident Aparatı nümayəndələrinin, nazirlərin iştirakı ilə icra başçılarının hesabatı dinlənilir. Dövlət qulluğunda kadrların hazırlığının artırılması nəzərdə tutulur" - deyə Mövsümov bildirib.

Xəbər lenti

Xəbər lenti