Azərbaycan, Bakı, 22 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Bakıda Fransa musiqisi bayramı qeyd olundu. TrendLife-ın verdiyi məlumata görə, Fransada bu bayram 1982-ci ildən keçirilir. Bu tədbir Bakıda birinci dəfədir ki, Azərbaycanın Mədəniyyət və turizm nazirliyi, Azərbaycandakı Fransa səfirliyi və Fransa mədəniyyət mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Bundan başqa, gecədə Mədəniyyət və turiz nazirliyinin "Karvan" adlı yeni layihəsinin təqdimatı təşkil olundu. Layihə Azərbaycan musiqisinin xaricdə təbliğ olunması ilə bağlıdır. Bu layihə Fransa tərəfindən həyata keçirildi. Konsert Bakı Musiqi Akademiyasının qabağında keçirildi. Tədbirdə "Clair Michael" fransız qrupu və Azərbaycan estradasının ulduzları Sevda Ələkbərzadə və Röya çıxış etdilər.