...

Əli İsmayılov peşəkar rinqdə növbəti qələbəsini qazanıb

Cəmiyyət Materials 22 İyun 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycalı boksçu Əli İsmayılov peşəkar rinqdə növbəti qələbəsini qazanıb.

Sankt-Peterburqda keçirilən peşəkar boks gecəsi çərçivəsində WBO-Latino kəmərinin sahibi Fransanı təmsil edən Rəşid Əl-Xadeki məğlub edib. Görüş Əli üçün heç də asan alınmayıb və buna görə də boksçumuz öz səviyyəsini sübut etmək üçün on raundun hamısını keçirməli olub. Nəticədə Əli xallar hesabına qələbə qazanıb və WBO-Latino titulunun müdafiəsi öncəsi xeyli rahatlaşıb. Bu titul uğrunda döyüş sentyabrda keçiriləcək.

Maraqlıdır ki, öncədən Əli belçikalı İsmayıl Əbdüllə döyüşməli idi. Lakin o, bir neçə gün qalmış qəflətən bu döyüşdən imtina etmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti