...

Azərbaycanda olimpiya idman növləri federasiyalarının sayı otuza çatdırılacaq

Cəmiyyət Materials 25 İyun 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Olimpiya idman növləri üzrə Beynəlxalq Olimpiya Komitəsində federasiyaların sayı otuza çatdırılacaq. Bu, iyulun əvvəlində Qvatemalada qurumun sessiyası zamanı baş tutacaq.

"allsport.com" saytının məlumatına görə, ilkin olaraq Oyunlar-2012-dən çıxarılan beysbolla softbol skvoş, qolf, karate, reqbi və rolik idmanı kimi növlərdən biri ilə əvəzlənəcək.

Lakin BOK üzvlərinin keçirdiyi səsvermə nəticəsində bu idman növlərindən heç birisi olimpiya statusu almayıb. Buna görə də məmurlar məsələyə yenidən Qvatemalada qayıtmalı olacaqlar. Öncə səsvermə keçiriləcək və bu səsvermənin yekunları əsasında 25 baza federasiyaları müəyyənləşdiriləcək.

Hər bir federasiya BOK üzvlərinin səslərinin 2/3 hissəsini almalıdır. Sonra daha bir səsvermə keçiriləcək. Söhbət baza federasiyalarının siyahısına düşən bilməyən beş yeni federasiyadan gedir.

Xəbər lenti

Xəbər lenti