...

Bakıda yaş ağacların kəsilmə faktı aşkarlanıb

Cəmiyyət Materials 27 İyun 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda yaş ağacların kəsilmə faktını aşkarlayıb. Nazirliyin mətbuat xidmətindən çərşənbə günü bildiriblər ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları Sabunçu rayonu ərazisində yaşayış binalarının arasında yerləşən sahədə vətəndaş Novruzəli Teymuraz oğlu Nağıyevin ticarət obyekti tikintisi zamanı köküstə, yaş vəziyyətdə müxtəlif növ və diametrlərə malik altı ağacı kəsərək məhv etdiyini aşkarlayıb.

Faktla bağlı Departamentin əməkdaşları tərəfindən müvafiq sənədləşmə işi aparılıb, təbiətə vurduğu ziyana görə təqsirkar şəxsə qarşı iddia qaldırılıb.

Xəbər lenti

Xəbər lenti