...

Azərbaycanda balıq təsərrüfatının inkişafına dair Dövlət Proqramı qəbul olunacaq

Cəmiyyət Materials 27 İyun 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Yaxın vaxtlarda balıq təsərrüfatının inkişafına dair Dövlət Proqramının son variantı hazır olacaq. Hazırda dövlət proqramının son razılaşma layihəsi hazırlanır. Bu barədə çərşənbə günü Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Balıqçılıq, Su Hövzələrində Bioloji Resursların Artırılması və mühafizəsi Departamentinin müşaviri Tariyel Məmmədli məlumat verib.

Məmmədli bildirib ki, hazırda baliq təsərrüfatının sənayə müəssisələri tam özəlləşdirilib. Dövlətin inhisarında yalnız balıq ehtiyatlarının artırılması, qorunması, bərpası funksiyaları qalıb. Onun sözlərinə görə, sənayə müəssisələrinə balıq ovu ilə bağlı illik kvota verilir. Bununla bağlı ödəmələr endildikdən sonra xüsusi yerlərdə icazə verilmiş müddətdə balıq ovu ilə məşğul olurlar. Bu il Azərbaycanda kilkə balığının kvotası dövlət tərəfindən 23 min ton müəyyənləşdirilib. Nərəkimilər üçün 100 ton, o biri balıqlara istənilən kvota verilib.

Məmmədli bildirib ki, balıq ehtiyatlarının artırılması ilə bağlı Azərbaycanda 11 zavod fəaliyyət göstərir. Bunlardan dördü nərə cinsi, ikisi qızıl balıq, beşi isə pulcuqlu balıqlar nəslinin artırılması müəssisələridir. Azərbaycanda ildə 500 mln-a yaxın körpə balıq yetişdirilərək Xəzər dənizinə buraxılır. O cümlədən 15-20 mln. nərə cinsi balıqlarının körpələri, 20 mln isə qızıl cinsli balıqların, qalanları isə çəki kimi balıq cinslərinin körpələridir.

İyunun 27-si Beynəlxalq Balıqçılıq günüdür.

Xəbər lenti

Xəbər lenti