...

www.azinba.com portalı internet istifadəçilərinə yeni xidmətlər göstərir

Cəmiyyət Materials 28 İyun 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın internet məkanına yeni qoşulan www.azinba.com portalı internet musabiqə kecirir. İyunun əvvəlindən start götürən internet musabiqədə iştirakçıların sayı durmadan artır və müsabiqə hələ bir ay da davam edəcək. Bu barədə portalın rəhbərliyindən məlumat verilib.

Portalın idman bölməsinə yenicə əlavə edilən və tamamlama mərhələsində olan aparıcı ölkələrin dünya çempionatlarının təqvim və cədvəlləri yerləşdirilib. İntellektual testlərlə maraqlananlar portala bu günlərdə əlavə ediləcək biznes-testdə özlərini sınaya bilərlər. Testlər müxtəlif mövzulara həsr edilməklə müntəzəm olaraq yeniləşdiriləcək.

Ayın yeniliklərindən biri də portalın ingilis dili versiyasının hazırlanmasıdır. Bu iş yekunlaşmaq üzrədir və portala muraciət edənlərin, xüsusilə də xaricilərin Azərbaycanın həyatı ilə daha ətraflı tanış olmasına sərait yaradılması üçün təşkil olunub.

Forumda yeni mövzuların açılması və administrator xidmətinin təşkil olunması nəticəsində xeyli fəallıq müsahidə edilir. Rəqəm ifadəsinə gəldikdə,  analoji saytlar və portallarin sayğaclarının hesablamalarına əsasən,  www.azinba.com   portalının reytinqi iyun ayı ərzində orta hesabla beş dəfə yüksəlib.

Portalın müxtəlif səhifələrində həmin səhifənin mövzusuna uyğun sorğular keçirilir. Sorğular toplanaraq sonradan təhlil edilmək üçün arxivləşdirilir.

İstifadəçilər portalda axtarıb tapa bilmədikləri məlumatı öyrənmək, yaxud əksinə, özlərində olan informasiyanı bölüsmək üçün portaldakı əlaqə vasitələrinin köməyilə administrasiya ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti

Xəbər lenti