...

Sərxan Sərxan vətənə gəlir

Cəmiyyət Materials 28 İyun 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /müx. "TrendLife" Vüqar Vüqarlı/ Keçən əsrin 80-cı illərinin tanınmış müğənnisi Sərxan Sərxan iyulun 8-də Bakıya gəlir. Bu haqda "TrendLife"a Moskvada yaşayan, işləyən müğənninin özü xəbər verib. "Hər bir normal insan kimi mən də məzuniyyətə çıxacam, belə qərara gəlmişəm ki, yayı öz doğma vətənimdə keçirim. Əlbəttə, Bakıya gəldiyimdə bir neçə mahnı da yazdıracam. Ən əsası isə yeni açılmış Yaşıl Teatrı ziyarət edəcəm. Axı mən orada o qədər çıxış etmişəm ki" - deyə müğənni qeyd edib.

Xəbər lenti

Xəbər lenti