...

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib

Cəmiyyət Materials 28 İyun 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə Əsəd Qəhrəmanov və İlqar Qəhrəmanovun şikayəti ilə bağlı konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsindən cümə axşamı Trend ə verilən məlumata görə, Plenum iş üzrə hakim Rafiq Qvaladzenin məruzəsini, ərizəçilərin nümayəndəsi Süleymanovun, cavabverənin nümayəndəsini, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyevin çıxışlarını dinləyib. Məhkəmənin qərarı ilə Firudin Əsgərovun Əsəd və İlqar Qəhrəmanovlara qarşı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkənin 22 dekabr 2005-ci il tarixli qərarı Konstitusiyaya, Mülki Prosessual Məcəllənin 416-cı, 418.1-418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilib. İşə bu qərara uyğun olaraq Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti