...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi reydlər keçirib

Cəmiyyət Materials 2 İyul 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə bir sıra reydlər keçirib. Nazirliyin mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, reydlər zamanı Tovuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Goranboy rayonu Səfikürd Bələdiyyəsinin yaşıllıq ərazisində qanunsuz ağac kəsilməsi faktları müəyyən olunub. Mövcud qanun pozuntuları ilə bağlı müvafiq inzibati tədbirlər görülüb, təbiətə dəymiş ziyana görə təqsirkar şəxslərə qarşı iddia qaldırılıb. Reydlər zamanı Bakının Nizami və Xətai rayonlarının Mənzil Kommunal İstismar Sahələrinin xidməti ərazilərində məişət tullantılarının yandırılması faktları da aşkarlanıb, bununla əlaqədar sahə rəisləri inzibati qaydada cərimələnib və onlara "məcburi göstəriş"lər verilib.Abşeron rayonu Bakı-Novxanı yolunda fəaliyyət göstərən yeməkxanada isə qanunsuz olaraq vəhşi çöl quşu olan qartalın saxlanmasına görə cavabdeh şəxslər inzibati qaydada cərimələnib.

Xəbər lenti

Xəbər lenti