...

Müğənni Tünzalə Ağayeva: "Keçmişə güllə atmayın, gələcəkdən qorxun"

Cəmiyyət Materials 2 İyul 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /müx.TrendLife Əli Dərviş/Hazırda yerli şou-biznesdə necə məhşur olmaq olar? Hər bir ifaçının özünəməxsus tanınmağı var. Bu haqda müğənni Tünzalə Ağayeva TrendLife-a bunları söylədi: "Bizim şou-biznes aləmində iki cür məhşurlaşmaq olur. Bəziləri əla sənəti, yaradıcılığı ilə tanınır, digərləri isə "şou-soyunmağı" üstün tuturlar. Onlar tamaşaçıların yadlarında qalmaq üçün açıq-saçıq səhnə geyimlərində çıxış edirlər. Hərə özünə yarayanı seçir. Məsələn, mən birinci variantı seçirəm. Mən mahnı bəstələyirəm, musiqi layihələri hazırlayıram, professional musiqçiləri cəlb edirəm. Əminəm ki, mahnılarım Azərbaycan musiqi tarixinə düşəcək. Gənc ifaçılara isə ismarıc göndərmək istəyirəm: "Keçmişə tapancadan güllə atmayın, yoxsa gələcək sizə avtomatdan güllə atar. Yarımçılpaq vəziyyətdə səhnəyə çıxmaq olmaz! Bu, söz nəinki gənc qızlara, həmçinin güclü tərəfin nümayəndələrinə də aiddir. Görün, biz hara gəlib çıxmışıq?"

Tünzalə Ağayeva həmçinin Azərbaycan musiqisini xaricdə təbliğ etməyin tərəfdarıdır. "Şəxsən mən dünya səhnəsində bizi layiqincə təmsil edən hər bir kəsi dəstəkləməyə hazıram. Nəyə görə mən özüm elə müsabiqələrdə çıxış etməməliyəm? Axı mən bir neçə dəfə elə müsabiqələrdə çıxış etmişəm, layiqli mükaftlara layiq görülmüşəm. Son vaxtlar "eurovision" müsabiqəsindən çox danışılır. Ancaq o müsabiqə mənlik deyil. Əgər həmin müsabiqədə qalib sms-lərlə seçilirsə, digərlərində müğənnin yaradıcılığını professional jurilər qiymətləndirir. Bir çox nüfuzlu müsabiqələr var ki, mən orda iştirak edə bilərəm və respublikama uğur gətirə bilərəm".

Xəbər lenti

Xəbər lenti