...

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoruna qarşı yeni ittihamlar irəli sürülüb

Cəmiyyət Materials 4 İyul 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoruna qarşı yeni ittihamlar irəli sürülüb. "Gündəlik Azərbaycan"ın şöbə redaktoru Üzeyir Cəfərov cərşənbə günü Trend ə bildirib ki, baş redaktor Eynulla Fətullayev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Fətullayevə qarşı Cinayət Məcəllsinin 214.1-ci (terororçuluqla hədələmə) və 283.2.2-ci (qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. Fətullayev indiyədək bu iş üzrə şahid qismində tanınırdı.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev istintaq hərəkətləri aparıldığından əlavə şərh verməyib.

Fətullayev aperiln 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladeznin iddiası əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Mayın 16-da MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorla hədələmə faktı üzrə başlanmış yeni cinayət işi ilə bağlı Fətullayev Bayıldakı 1 saylı İstintaq Təcridxanasından MTN-in İstintaq Təcridxanasına köçürülüb.

Xəbər lenti

Xəbər lenti