...

Sabah "Nə? Harda? Nə vaxt?" oyunun iştirakçılarının seçimi olacaq

Cəmiyyət Materials 6 İyul 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Sentyabr ayında "Nə? Harda? Nə vaxt?" oyununda yeni komanda iştirak edəcək. game.az baş prodüsser mərkəzinin rəhbəri Balaş Qasımovun TrendLife-a verdiyi məlumata görə, sabah arzulayan hər kəs seçim turu seçə bilər. "Bizə fevral ayından göndərilən hər bir ərizəyə baxmışıq. Cəmi 500 nəfərdir. Biz oyun təşkil edəcəyk ki, onlara orda xüsusi suallar təqdim olunacaq. Biz onların psixoloji uyğunluqlarını, oyunu oynaya bilmələrini, düzgün versiyanın seçilməsini yoxlayacağıq. Elə oyunçular var ki, çox bilir, sadəcə komandada oynaya bilmir. Oyun sentyabrda başlayacaq, sadəcə özümüz əvvəlcədən seçim aparırıq. Ümumiyyətlə hesab edirəm ki, biz hələ iki həftə gecikmişik. Ən maraqlısı isə odur ki, xanımlar daha çox ərizə göndəriblər. Keçən dəfə biz Rüstəm Fətəliyevin yaxşı komandasını seçdik. O komanda hətta oyunun finalında da iştirak etdi. Ümidvaram ki, indii də zəif komanda yığmayacayıq" - deyə o qeyd etdi.

Xəbər lenti

Xəbər lenti