...

Olimpiya -2004-ün mükafatçısı Avropa çempionatında Pekinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq

Cəmiyyət Materials 7 İyul 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı müx. Trend Z.Səfərov/ Afinada keçirilən Olimpiadanın güllə atıcılığı üzrə proqamının bürünc mükafatçısı İradə Aşumova iyulun 9-da Qranadda start götürəcək çempionatda iştirak edəcək.

Titula malik idmançıdan əlavə Azərbaycanı yarışmada gənclər arasında Avropa birinciliyinin gümüş medalçısı Nigar Bağırova və həmçinin Ruslan Lunev təmsil edəcəklər. İdmançılar kiçikkalibrli silahdan 25 metr məsafəyə atıcılıq proqramında bəxtlərini sınayacaqlar və bu, Pekinə lisenziya qazanmaq üçün son şansdır. Reqlamentə uyğun olaraq Olimpiada-2008-ə vəsiqəni yarışmanın mükafatçıları qazanacaq, bu səbəbədən də çempionat yerli atıcılar üçün çoz məsuliyyətli olacaq. Hazırkı mövsümdə Aəzərbaycan atıcıları qeyri-sabit oyun nümayiş etdirirlər, buna görə də onların oyunlarda iştirakı sual altındadır.

.

Xəbər lenti

Xəbər lenti