Azərbaycan, Bakı/ Trend P.Əmircanov/Ölkəmizdə səfərdə olan BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri Yakob Duk və YUNİSEF-in Azərbaycandakı nümayəndəsi xanım Haana Singer çərşənbə axşamı Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüblər. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Fikrət Məmmədov Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlər haqqında məlumat verib. BMT komitəsinin sədri ölkədə uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət göstərildiyini bildirib, bu sahədəki beynəlxalq təcrübədən danışıb.