...

UNICEF Azərbaycanda yaşayan İİV/QİÇS daşıyıcılarının hüquqlarının pozulmasından narahatdır

Cəmiyyət Materials 13 İyul 2007 17:30 (UTC +04:00)
UNICEF Azərbaycanda yaşayan İİV/QİÇS daşıyıcılarının hüquqlarının pozulmasından narahatdır

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ UNICEF Azərbaycanda yaşayan İİV/QİÇS daşıyıcılarının hüquqlarının pozulmasından narahatdır. Azərbaycandakı UNICEF nümayəndəsi Hanaa Sinqer bu gün Azərbaycanda bu problemin kəskinləşməsindən narahat olduğunu ifadə edib.

"İnsanların əksəriyyətinin İİV-i narkomanlarla, fahişələrlə və "pis davranışla" bağlı mənfi stereotiplərlə əlaqələndirdiyi bit vaxtda UNICEF xatırlatmaq istəyir ki, bu xəstəlikdən heç kəs sığortalanmayıb və ictimaiyyətdə belə insanlara qayğı və dəstəyi artırmaq üçün çox iş görülməlidir",-deyə UNICEF nümayəndsi bəyan edib.

UNICEF təəssüf edir ki, KİV-də gedən bəzi məlumatlarda Uşaq Hüquqları Konvensiyasının "uşağın cinsi istismar və cinsi təhqirin bütün formalarından qorunması"na dair 34-cü maddəsi və "uşağın ən yüksək səhiyyə standartlarından və müalicə müəssisələrindən istifadə, habelə sağlamlığını bərpa etmək hüququ"ndan bəhs edən 24-cü maddəsi pozulur.

UNICEF xatırladır ki, insan alveri, fahişəlik və pornoqrafiyadan zərər çəkən uşaq günahkar deyil, qurban kimi nəzərdən keçirilməlidir. Bununla əlaqədar biz müraciət edərək, zərər çəkmiş uşağın insan ləyaqətinə hörmət etməyə, habelə ailədə və cəmiyyətdə onun üçün xüsusi müdafiə və dəstək təmin etməyə çağırırıq.

Xəbər lenti

Xəbər lenti