...

Aparıcı Vüsalə Əlizadə: "Əgər mən oxusam çətin ki, ciddi qəbul etsinlər"

Cəmiyyət Materials 14 İyul 2007 11:46 (UTC +04:00)
Aparıcı Vüsalə Əlizadə: "Əgər mən oxusam çətin ki, ciddi qəbul etsinlər"

Azərbaycan, Bakı, 14 iyul /müx. "TrendLife" Tayfun Eloğlu/ Doğrudan da indiki gənclər əla yaşayırlar. Sözün əsl mənasında əla. İndi nəinki ulduzlar, artıq aparıcılar da kef edir. Bakının ən dəbli restoranlarında özünə təntənəli ad günü keçirən, ATV-də "Sirli Avrasiya" verlişinin aparıcısı Vüsalə Əlizadə həmin gün güllərə, hədiyyə və öpüşlərə qərq olmuşdu. Həmin gün onun ad günündə nəinki qohumları, yaxınları, həmkarları, həmçinin estrada ulduzları iştirak edirdi. Qonaqların arasında Nisə Qasımova, Faiq Ağayev, "N-brothers", "Kristall", "Şeron", rəqqasələr Aytən, Fatimə, gənc ifaçılardan Ayaz, Zamiq və başqaları var idi. Necə ki, Vüsalə özü dediyi kimi: "Ad günü ildə bir dəfə olur. Mən bütün dostlarımı evdə yığa bilmərəm. İşdə də mümkün deyil. Məndən böyük bayram gözləyirdilər". "TrendLife" özünü saxlaya bilməyib aparıcıya belə bir sual ünvanladı: "Sən müğənni olmaq istəmirsən?" Vüsalə: "Mən 7 ildir ki, TV-də aparıcı işləyirəm. AZ.TV-də uşaq verilişləri aparmışam. Dörd ildir ki, "Sirli Avrasiya"nı aparıram. Bir ara "Şeyker"də aparıcı oldum. Lakin həmin verilişdə özümü tapa bilmədim. Deyim ki, "Sirli Avrasiya"da da o qədər sərbəst deyiləm. O ki, qaldı müğənni olmağa, mənim çox gözəl səsim var. Oxusam çətin ki, ciddi qəbul etsinlər". Görün qonaqlar onun peşəkarlığını necə qiymətləndirdilər.

Faiq Ağayev, Azərbaycanın əməkdar artisti: "Mən Vüsaləni daha yaxından "Yeni ulduz" layihəsində tanıdım. O, yeni nəslin aparıcılarına aiddir".

Emin Musəvi, "106 FM" radiostansiyasının gecə direktoru, aparıcı, "Qəfəs" realiti-şou layihəsinin müəllifi: "Mən onun həmkarı kimi peşəkarlığını qiymətləndirə bilmərəm, tamaşaçı baxımından isə xoşuma gəlir. Lakin ona bundan da çətin, maraqlı layihə lazımdır ki, daha da özünü göstərə bilsin. Bu yaxınlarda onun şeirlər kitabı çapdan çıxıb. Mən onda başa düşdüm ki, onun daxili aləmi nə qədər zəngindir.

Namiq: "Onda hər şeyi göz qabağındadır. Onun gözəl boyu, danışığı var. O, bundan da yaxşı ola bilər. Gələcəkdə onu bundun da güclü layihələrə öyrətmək lazımdır. Mən inanıram ki, daha ağır layihələrin öhdəsindən gələcək".

Gecə isə təntənəli atəşfəşanlıq və tortla başa çatdı. Yeri gəlmişkən, Vüsalənin "TrendLife"a verdiyi məlumata görə, onun ürəyi əvvəlki kimi boşdur.

Xəbər lenti

Xəbər lenti