...

Müğənni Tünzalə Ağayeva: "İndiki musiqi müsabiqələri daha çox şouya bənzəyir"

Cəmiyyət Materials 17 İyul 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Müğənni Tünzalə Ağayeva səhnəyə "Bakı payızı" musiqili müsabiqəsindən sonra gəlib. O vaxtan müsabiqələr dəyişib. TrendLife müxbiri məğənniyə "Sizin indiki müsabiqələrə münasibətiniz? Hazırda bu müsabiqələrdə iştirak edərdinizmi?" - sualı ilə müraciət edəndə Tünzalə "O vaxt "Bakı payızı" müsabiqəsini professional jurilər qimətləndirirdi. İndi isə ona bənzər müsabiqələri sms səsləri ilə qiymətləndirirlər. Bunun da özünə görə mənfi və müsbət xüsusiyyətləri var. Bəli, indi gənc ifaçı xalqa daha çox yaxındır. Millətin dəstəyini açıq-aşkarcasına alır. Amma mən nədənsə "Bakı payızı" formatlı müsabiqəni daha çox bəyənirəm. Axı belə formatlı müsabiqələr itməyib. Russiyada "Yeni dalğa", İtaliyada "San Reno" kimi müsabiqələr fəaliyyət göstərir. Bizim yeni üslublu müsabiqələrdə şou professionallıqdan daha çoxdur" - deyə cavab verib.

Xəbər lenti

Xəbər lenti