...

Müğənni Ruhi: "Qapalı geyimlər mənim daha çox xoşuma gəlir"

Cəmiyyət Materials 18 İyul 2007 12:08 (UTC +04:00)
Müğənni Ruhi: "Qapalı geyimlər mənim daha çox xoşuma gəlir"

Azərbaycan, Bakı, 18 iyul /müx. " Vüqar İmanov/ Müğənni Ruhi şou-biznes aləmində əməlli-başlı irəliləyir. Belə ki, müğənninin "TrendLife"a verdiyi məlumata görə, onu ANS televiziyasında musiqili veriliş aparmağa dəvət ediblər: "Mən yeniliyə doğru gedirəm və həmişə çalışıram ki, qalmaqallardan uzaq olum. Kimləsə dalaşmaqla insanların yaddaşında maksimum 10 gün qalmaq olar, sonra yenə unudulacaqsan. Ona görə də çalışıram ki, yaradıcılığımla yadda qalım. Məsələn, Türkiyədəki klipimdən sonra ilk müğənniyəm ki, Hindistanda klip çəkdirdim. Aparıcılıq işi isə həyatımın yeni yaradıcılıq mərhələlərindən biridir". Müğənni özünün qapalı geyimi ilə bir növ Tünzalə Ağayevanı xatırladır. Öz imici barədə görün müğənni nələr söylədi: "Qapalı geyimlər mənim daha çox xoşuma gəlir. Həm də bu, tərbiyədən asılıdır". Bundan başqa, müğənni yeni klip çəkilişlərinə başlayır. Klipin rejissoru Kənan MM, "Aşqımın sürgünü" adlı həmin mahnının bəstəsi isə Nailə Mirməmmədliyə aiddir.

Xəbər lenti

Xəbər lenti