Azərbaycan, Bakı/müx. Trend Z.Səfərov/ "Mən yüksək nailiyyətlər idmanında öz karyeramı 2005-ci ildə Bakıda keçirilən dünya çempionatında başa vurdum" - deyə tanınmış rus gimnastı, Olimpiya oyunları mükafatçısı, dəfələrlə Avropa və dünya çempionu İrina Çaşina bəyan edib.
gazeta.ru saytının verdiyi məlumata görə, xanım gimnast etiraf edib ki, son vaxtlara qədər bu barədə rəsmi açıqlama verməyib. "İdmançıların böyük idmanla vida mərasimi mənim üçün dəfn mərasimini xatırladır. İndi bəzi yerlərdə çıxış edirəm, amma geri qayıtmağa hazırlaşmıram" - deyə idmançı bildirib. Çaşina dəfələrlə Bakıda, o cümlədən mükafata layiq görüldüyü kubok mərhələlərində çıxış edib.
Son dövrlərdə onun yerini yığmada Olqa Kapranova və Vera Sessina tutub.