...

"Xəzər"in baş məşqçisi Zaqrebdə oyun sxemini dəyişməyəcək

Cəmiyyət Materials 20 İyul 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Biz Zaqrebdəki cavab qarşılaşmasında öz oyunumuzun sxemini dəyişməyəcəyik" - deyə "Xəzər"in baş məşqçisi Ağasəlim Mircavadov komandasının Xorvatiyaya yola düşməsindən öncə verdiyi açıqlamada deyib.

Çalışdırıcı qeyd edib ki, əgər onun yetirmələri Zaqrebdə qol vura bilsələr, onlar növbəti mərhələyə çıxacaqlar.

"Püşkatmadan sonra çoxları Xorvatiya futbolunun səviyyəsini nəzərə alaraq üstümüzdən xətt çəkməyə tələsdilər. Əslində isə göründü ki, "Dinamo" adi komandadır. Üstəlik bizim cavab görüşə hazırlaşmağa vaxtımız var" - deyə Mircavadov vurğulayıb.

Qeyd etmək lazımdır ki, Zaqrebdə "Xəzər"i minimal hesablı qələbə, yaxud heç-heçə qane edəcək. Çünki Bakıdakı görüş 1:1 hesabı ilə bitib.

Xəbər lenti

Xəbər lenti