Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Avqustun sonunda Bakıda keçiriləcək gənclər arasındakı dünya birinciliyində iştirak etmək üçün otuz ölkənin yığma komandası müraciətlərini göndəriblər.
Milli Federasiyanın prezidenti Ağacan Abiyev bildirib ki, məhz bu qədər dövlət yarışda iştirak etmək niyyətini ortaya qoyub. Onlardan Kuba, Rusiya, ABŞ, Hindistan, Koreya, Avstraliya, Qazaxıstan, Özbəkistan, İngiltərə, Almaniya və Misir boksçularını qeyd etmək olar.
"Öz miqyasına görə bu turnir bir neçə il əvvəl ölkəmizdə keçirilən dünya birinciliyindən üstün olacaq. O vaxt ABŞ yığması 11 sentyabr hadisələrinə görə Bakıya gələ bilməmişdi" - deyə o vurğulayıb.
Abiyev həmçinin qeyd edib ki, federasiyalardan müraciətlər avqustun 1-dək qəbul olunacaq.