Azərbaycan, Bakı, 24 iyul /müx.TrendLife Ayəndə Dadaşova/Mətbuat günü "Mətbuat" firması bir çox jurnalisti və müğənniləri kubok və diplomla təbrik etdi. Təltif olunanlardan biridə Aşıq Samirə idi. O, Mətbuat günü ilə bağlı fikirlərini TrendLife-la bölüşdü.
- Birinci növbədə mən bütün mətbuat işçilərini təbrik edirəm. Onlara uğurlar arzulayıram. Məqnim planlarıma gəldikdə isə, bunlar müxtəlif şahəlidir. Hazırda klip çəkdirəcəyim mahnı üzərində işləyirəm.
- Sizdə müasir musiqi ilə aşıq müsiqisinin sintezi çox gözəl alınır. Başqa hansı yeniliklər verəcəksiniz bizə?
- Sizdən heç nə gizlətmək olmur. Belə bir aşıq havası var: "Ruhani". Buna yeni oranjemanı Etibar Qasımbəyli verir. Yəqin ki, bunu Teymur Göyçayevin rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə oxuyacağam. Sonra mütləq klip çəkəcəyik. Bu, çox çətin işdir. Bir az çalışmaq lazımdır.
- Bəs rejissorların hansı ilə işləmək istərdiniz?
- Yalnız Ülviyyə Könüllə. Biz bir-birimizi yaxşı başa düşürük.
- Solo konsert vermək haqqında düşünmürsünüz?
- Bu, yəqin ki, hər bir musiqiçinin arzusudur. İmkan olan kimi bu arzumu yerinə yetirəcəyəm.
- Xaricdə çıxış etmək üçün dəvət alırsınız?
- Avqust ayında Yaroslavlda Mədəniyyət günləri keçiriləcək. Məni də həmin nümayəndə heyətnə salıblar. Bu ayın sonunda isə Londonda konsert gözlənilir. Bu səfər Azərbaycan diasporu tərəfindən təşkil olunub. Saz milli alətimizdir. Nə qədər xaricdə çox konsert versək, başqaları Azərbaycan musiqisini və milli alətlərimizi mənimsəyə bilməzlər.