...

"Simurq" Gürcüstanın 12 qat çempionuna yenilmədi

Cəmiyyət Materials 25 İyul 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend N. Kirtsxalia/ Zaqatalanın "Simurq" klubu Gürcüstanda heç-heçə seriyasını davam etdirir. Dünən Azərbaycan klubu Gürcüstanın 12 qat çempionu olan Tbilisi "Dinamo"su ilə görüş keçirib.

Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçsə də, 1:1 hesablı heç-heçə ilə başa çatıb. Birinci hissədə ilk qolu gürcü komandasının Qabondan olan legioneri Akiremi vurub. İkinci hissədə isə cavab topun müəllifi "Simurq"un Mazyar adlı oyunçusu olub.

Qeyd edək ki, dünənki oyunda "Simurq"un çalışdırıcısı 6 ukraynalı futbolçunu baxışdan keçirib. Onlar hazırda Azərbaycan klubunda baxışdadır.

Gürcüstandakı ilk görüşdə "Simurq" Tbilisinin "Lokomotiv"i ilə oynayıb və görüş 4:4 hesabı ilə bitib.

Xəbər lenti

Xəbər lenti