...

FİDE prezidenti sentyabrda Bakıya gələcək

Cəmiyyət Materials 26 İyul 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Dəfələrlə Azərbaycanda olan FİDE prezidenti Kirsan İlyumjinov sentyabrda yenə Bakıya səfər edəcək.

Milli Şahmat Federasiyası İlyumjinovu sentyabrın 2-12-də paytaxtda keçiriləcək qadınların şahmat turnirinə dəvət edib. Güman olunur ki, FİDE prezidenti təkcə buradakı görüşləri izləməyəcək, həmçinin azərbaycanlı həmkarları ilə gələcək əməkdaşlığın perspektivlərini və Bakının iri beynəlxalq turnirlərin keçirilməsi üçün namizədliyinin irəli sürülməsi məsələsini müzakirə edəcək.

Sonuncu dəfə İlyumjinov Bakıya ötən il gəlib. O vaxt İlyumjinov Şahmat Federasiyasının rəhbərliyi, habelə gənclər və idman naziri Azad Rəhimovla görüşmüşdü.

Xəbər lenti

Xəbər lenti