...

"Nota-bene" qəzetinin redaktoru aclıq aksiyasını dayandırıb

Cəmiyyət Materials 2 Avqust 2007 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Nota-bene" qəzetinin redaktoru Fərəməz Novruzoğlu aclıq aksiyasını dayandırıb. Bu barədə cümə axşamı Bakıda 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov məlumat verib.

Onun sözlərinə görə, artıq avqustun 1-dən Novruzoğlunun öz istəyi ilə ağzının tikişləri sökülüb: "Bu gün səhər isə mənim yanımda qida qəbul etdi".

Fərəməz Novruzoğlu iyulun 20-də aclıq aksiyasına başlamışdı. O, qəzetləri oxumasına imkan yaradılmasını, məqalələrinin mətbuatda dərcinə icazə verilməsini və beynəlxalq hüquq müdafiəçilərinin iştirakı ilə işinə yenidən baxılmasını tələb edirdi.

Novruzoğlu bu ilin yanvarında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı daxili ilər naziri Ramil Usubov və xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin rəhbəri Nazim İbarahimov şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məhkəmə iddiası qaldırmışdılar.

Xəbər lenti

Xəbər lenti