...

Gəncədə dəmir yolu ətrafındakı evlərin sökülməsinə başlanılıb

Cəmiyyət Materials 3 Avqust 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə 6 saylı Dövlət Dəmir Yol Stansiyasının ərazisində yerləşən dəmiryol xəttinin yaxınlığındakı tikililərin sökülməsi prosesinə başlanılıb. Bu barədə stansiyanın rəisi Müzəffər Həsəncalıyev məlumat verib. Onun sözlərinə görə, sökülmə prosesi Nazirlər Kabinetinin qərarı əsasındı həyata keçirilir. O deyib ki, əsasən dəmiryol xəttindən 25- 150 metr məsafədə olan tikililər sökülür, həmin ərazilər yalnız təsərrüfat məqsədilə istifadə oluna bilər.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti