...

Challenge divizionunda Azərbaycan hokkeyçilərinin rəqiblərinin sayı azalıb

Cəmiyyət Materials 4 Avqust 2007 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycan yığmasının da iştirak edəcəyi otüstü hokkey üzrə kişilər arasında Avropa çempionatı Challenge divizionu öz formatını dəyişib.

Milli Federasiyadan bildirildiyinə görə avqustun 9-da Kazanda başlamalı olan yarışmanın keçirilməsi əvvəl qrup sistemi üzrə nəzərdə tutulsa da hazırda dairəvi sitem üzrə keçiriləcək. Bu onunla əlaqədardı ki, yarışda iştirak etmək üçün müraciət etmiş Yunanıstan hokkeyçiləri son anda öz fikirlərini dəyişiblər və Rusiyaya getməmək qərarına gəliblər. Beləliklə, dairəvi turnir ev sahibləri, Belarus, Danimarka, İsveç, Xorvatiya və Azərbayacan hokkeyçilərinin iştirakı ilə keçiriləcək.

Birinci iki yerin sahibi olan komandalar Trophy divizionuna vəsiqə qazanacaqlar.

Xəbər lenti

Xəbər lenti