Azərbaycan, Şəki, 6 avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ Şəki tarixi abidələrinə indi çox diqqət yetirilir. Prinsipcə bu heç də təəccüblü deyil. Şəki öz abidələrinə görə deyil, ümumiyyətlə çox gözəldir. Şəki haqqında xüsusi fotoalbomlar, filmlər çəkilir. "TrendLife"ın verdiyi məlumata görə, Azərbaycan Dövlət "Yaddaş" Studiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə böyük sənədli film çəkilir. Sənədli film "Şəki abidələri" adlanır. Filmin rejissoru Mirbala Səlimlidir. Film ümumilikdə Şəki abidələrindən və tarixi yerlərdən bəhs edəcək.