...

"Xəzər"in yeni kapitanının adı məlum oldu

Cəmiyyət Materials 8 Avqust 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər" futbol klubunun çempionat ərəfəsində yeni kapitanı məlum olub.

Trend in klubun rəsmi saytına istinadən yaydığı məlumata əsasən, komandanın əvvəlki kapitanı Emin Quliyev Çempionlar liqası çərçivəsində Zaqreb "Dinamo"suna qarşı oyunda qırmızı vərəqə aldığı üçün bu imtiyazdan məhrum edilib. Xüsusi toplantıda futbolçular ötən mövsümün ən yaxşı forvardı olan Zaur Ramazanovun namizədliyini dəstəkləmək qərarına gəliblər. Məhz Zaur Zaqrebdə cavab oyunda komandanın kapitanı olub. Maraqlıdır ki, Eminin özü də həmkarlarının seçimini dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti