...

"Aşağı Karvansara" kompleksinin bərpası üçün vesait ayrılıb

Cəmiyyət Materials 8 Avqust 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir E.Quliev/ Azərbaycanın turizm mərkəzlərinden olan, 18-ci əsr tarixi memarliq abidəsi "Aşağı Karvansara" Mehmanxana Kompleksi qədim arnament və xidmət novləri qorunmaqla yenidən turistlərin ixtiyarına veriləcək. Bu barədə "Karvansara Mehmanxana Kompleksi"nin direktoru Şahin Hüseynov bildirib.

Huseynov keçən əsrdən bəri istifadəsiz qalan "Aşağı Karvansara" mehmanxanasının Regionların Sosial Iqtisadi Inkişafı Proqramı çərçivəsində bərpası üçün vəsait ayrıldığını və bir neçə gün bundan əvvəl təmir işlərinə başlandığını qeyd edib.

Onun sözlərinə görə, bərpa zamanı abidənin tarixinə,memarlıq üslubuna heç bir xələl gətirilməyəcək. Mədəniyyət ve Turizim Nazirliyinə aid binanin ilkin mərhələdə təmir işlərinə 200000 AZN vəsait ayrılib.

Xəbər lenti

Xəbər lenti