...

Azərbaycan texnikumlarına 11 illik məktəbi bitirənlər arasında sənəd qəbulu elan olunub

Cəmiyyət Materials 8 Avqust 2007 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend müxbir S.Ağayeva/ Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 11 illik məktəbi bitirənlər arasında ölkənin orta ixtisas tədris müəssisələrinə tələbə qəbulu edib. Dövlət Komissiyasından verilən məlumata görə, imtahanlar ali məktəblərə qəbul zamanı abituriyentlərin yığdığı ballar əsasında İnternet vasitəsilə aparılacaq.

Texnikum ixtisasları üç qrupa bölünüb: I qrup - texniki, iqtitsadi, hüquqi və pedaqoji, həmçinin xüsusi bacarıqlar tələb edən ixisaslar; II qrup - kimya-texnologiya və tibbi ixtisaslar; III qrup - humanitar və incəsənət ixtisasları. İmtahanlarda bütün qruplar üzrə ali məktəblərə qəbul zamanı 50-dən az olmayaraq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Xüsusi bacarıqlar tələb edən ixtisas qrupuna daxil olanlar qabiliyyət imtahanında ən azı 3 bal toplamalıdırlar. Müxtəlif ixtisas qruplarına daxil olma ilə bağlı məhdudiyyətlər mövcuddur. I qrupa yalnız ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə imtahan verən abituriyenitlər qəbul ola bilər; II qrupa I və IV ixiasas qrupları üzrə imtahan vermiş abituriyentlər, III qrupa III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər qəbul ola bilərlər.

Ərizələrin qəbulu TQDK-nın saytında avqustun 10-u saat 9:00-dan avqustun 20-si 16:00-a qədər davam edəcək. Abituriyentlər həmçinin ödəniş kartı almalıdırlar. Vərəqənin dəyəri 2 manatdır. Vərəqələr TQDK-nın binasında və poçt şöbələrində satılır.

Ərizənin doldurulması zamanı iş nömrəsini, doğum tarixini, şəxsiyyət vəsiqəsinin nömrəsini, ali məktəblərə qəbul zamanı toplanan balın ümumi məbləğini, hər bir fənn üzrə toplanan balı, tədris sektorunu, keçilən xarici dili göstərmək tələb olunur. Ərizəni doldurduqdan sonra abituriyent onu təsdiq etməlidir. Qəbul olunduqdan sonra abituriyentlər 5 gün ərzində sənədlərini təhsil müəssisələrinə təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti