...

Azərbaycan cazmeni Rain Sultanov yeni miqyaslı layihə hazırlayır

Cəmiyyət Materials 8 Avqust 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə\ Tanınmış cazmen Rain Sultanov yeni layihə üzərində işləyir. Amma bu haqda ətraflı nədənsə danışmaq istəmir. Lakin "TrendLife" üçün az da olsa bu sirri açdı. "Hələki bu haqda çox danışmaq istəməzdim. Artıq kompozisiya yazılıb, sənədli video rolik isə hazırdır. Tək onu deyə bilərəm ki, layihə çox ciddi və geniş miqyaslı olacaq. Özündə iri həcmli həm audio, həm də video informasiyası cəmləyib. Onun üzərində türk və yapon rejissorları və operatorları çalışır. Mən inanıram ki, ilin sonuna qədər iş bitəcək. Məncə hər şey maraqlı və gözəl alınmalıdır".

Xəbər lenti

Xəbər lenti