...

Şəkidə çay daşqınlarının qarşısını almaq məqsədi ilə yeni bəndlər inşa edilir

Cəmiyyət Materials 9 Avqust 2007 17:19 (UTC +04:00)

Azərbaycan,Şəki/ Trend , müxbir E. Quliyev/ Şəkidə dağıdıcı çay daşqınlarının qarşısını almaq məqsədilə 4570 metr uzunluğunda daş-beton bəndləri inşa edilir. Şəki Suvarma Sistemləri İdarəinin rəisi Fərahim Qarayevin sözlərinə görə, rayon geoloji ərazisi mürəkkəb olan zonada yerləşdiyi üçün yaz və payız aylarında dağıdıcı sellər, yayda isə quraqlıq rayonun təsərrüfatına ciddi ziyan vurur: "Artıq istifadə müddətlərini başa vurmuş bəndlər daşqınların qarşısını ala bilmədiyindən bu il daşqınlar ötən illərə nisbətən rayon təsərrüfatına daha çox ziyan vurub. 2004-2008-ci illərdə Şəkinin Kiş, Şin və Daşagil çaylarında Asiya İnkişaf Bankının vəsaiti ilə 4570 metr uzunluqda daş-beton bəndlərin inşası aparılır". Bu günə kimi Kiş çayında nəzərdə tutulmuş 2190 metr uzunluğunda bənddən 1368, Şin çayında 1480 metr bənddən 324, Daşagil çayında isə 950 metr bənddən 600 metri inşa edilib.Qarayevn sözlərinə görə, əkin sahələrinin, yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin vəsaiti hesabına 240000 kub metr həcmində təmizləmə işləri görülüb,140 kub metr qabion bəndi, 800 kub metr daş-çırpı bəndi qurulub

Xəbər lenti

Xəbər lenti