...

Uşaq kino festivalı sentyabrda keçiriləcək

Cəmiyyət Materials 10 Avqust 2007 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə\

Azərbaycanda sentyabrın 8-dən 10-na qədər ilk Uşaq kino festivalı keçiriləcək. Bu haqda "TrendLife"a Dövlət film fondunun rəhbəri Cəmil Quliyev xəbər verib. Onun sözlərinə görə orda Azərbaycandan, Gürcüstandan, Rusiyadan olan filmlər iştirak edəcəklər. Bizim ölkəni 10 film, Gürcüstanı 8, Rusiyadan isə bir film təmsil edəcək. Açılışa hazırlıq may ayından gedir. Festival Kinomatoqrafiya İttifaqının, Dövlət film fondunun, Azərbaycanda kinonun 100 illiyi fondu, Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə keçiriləcək. Festival "İbrus" teatrında keçiriləcək. Burada 8-15 yaş arası uşaqların işləri nümayiş etdiriləcək. Burada həm bədii həm də sənədli filmlər olacaq. Bütün bu filmlər həvəskar kamera ilə çəkilmiş olacaq. Festivalda həmçinin müxtəlif mükafatların da verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti