...

BQXK-nin nümayəndələri ermənilərin əsir götürdükləri azərbaycanlı ilə görüşüb

Cəmiyyət Materials 11 Avqust 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin avqustun 2-də əsir götürdükləri Tərtər şəhər sakini Anar Əliyevlə görüşüb. Əsirin atası Maarif Əliyev şənbə günü Trend ə bildirib ki, Anarın səhhətinin normal olduğu, onun psixoloji durumu müayinədən keçirilib. Lakin müayinənin nəticələri barədə ailəsinə hələlik məlumat verilməyib: "Anarın ruhi xəstə olub-olmadığı barədə hakim müayinəsinin nəticəsindən xəbərsizik". Əliyevin sözlərinə görə, BQXK-nin nümayəndələri əsirin məktubunun elektron poçtla göndəriləcəyi barədə onlara məlumat verib.

Anarın qardaşı isə bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Səmədovla görüşəcək.

1978-ci il təvəllüdlü Anar Əliyev avqustun 2-də cəbhə xəttində ermənilər tərəfindən əsir götürülüb. Onun ruhi xəstə olduğu barədə məlumat verilir.

Azərbaycan Ombudsmanı Elmira Süleymanova isə Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən azərbaycanlıların qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenberqerə müraciət edib. Süleymanova BQXK rəhbərindən mandatı çərçivəsində Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovun, mülki şəxslər Əşrəf Cəfərov və Anar Əliyevin mümkün qədər qısa müddətdə Azərbaycana qaytarılması, onların əsirlikdə saxlanıldıqları müddət ərzində işgəncə, qeyri-insani rəftara məruz qalmaması məsələsini qurumun regional nümayəndəlikləri vasitəsilə diqqətdə saxlamasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti