...

Azərbaycan Boks Federasiyasının prezidenti: "Bizim AIBA ilə mübarizə aparmağımızın mənası yoxdur"

Cəmiyyət Materials 11 Avqust 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "Bizim Həvəskar Boks üzrə Dünya Federasiyası ilə mübarizə aparmağımızın mənası yoxdur". Bu barədə Bakıda keçiriləcək gənclər arasında dünya birinciliyinə AIBA rəhbəri Çinq Kuo-Vunun səfərini şərh edərkən Trend ə Milli Federasiyanın prezidenti Ağacan Əbiyev bildirib. Mənim hakimliklə bağlı təkliflərim AIBA-da keçir, bu o deməkdir ki, bizə qulaq asırlar.

Əbiyev qeyd edib ki, təşkilatın başında kimin durmasının Azərbaycan üçün fərqi yoxdur. "Əsas odur ki, bizə işləməyə mane olmasınlar. Mən bilirəm ki, doktor Vu təmiz və vicdanlı adamdı, buna görə də biz onunla sıx əlaqə qurmalıyıq" - deyə Əbiyev bildirib.

Qeyd etmək lazımdır ki, bu, doktor Vunun AIBA rəhbəri seçiləndən sonra Bakıya ilk səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti