...

Ruslan Əliyev Universiadanın 1/8 finalında məğlub olub

Cəmiyyət Materials 14 Avqust 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycanlı cüdoçu Ruslan Əliyev ( 81 kq) Banqkokda keçirilən Ümumdünya Universiadasındakı çıxışını 1/8 final mərhələsində bitirib.

Həmyerlimiz misirli Hatəm Abd-Əlhara məğlub edib. Faraonlar ölkəsinin nümayəndəsi artıq 29-cu səniyədə "ippon" fəndini işlədərək Ruslan üzərində təmiz qələbə qazanıb.

Komanda hesabında Rusiya yığması hamıdan irəlidədir. Ruslar 58 mükafat qazanıblar. Onların arasında 21-i qızıl ,13-ü gümüş və 24-ü bürünc əyarlıdır. Rusiyanın ardınca Çin yığması gəlir. Çinlilər 50 mükafat qazanıblar. Üçüncü yer isə 41 medalla Ukrayna millisinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti