...

Fərhad Əliyevin vəkilinin 178 səhifəlik vəsatəti qismən təmin olunub

Cəmiyyət Materials 16 Avqust 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E. Cavadova/ Gümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi davam etdirilib.

Proses başlayan kimi F.Əliyevin vəkili İsaxan Aşurovun bir neçə gün əvvəl məhkəməyə təqdim etdiyi 178 səhifəlik vəsatəti müzakirə edilib. Qeyd edək ki, vəsatət F.Əliyevin iqtisadi inkişaf naziri işlədiyi dövrdə dövlət əmlakının qiymətləndirilməsi ilə hazırda dövlət əmlakının qiymətləndirilməsi arasında müqayisə ilə bağlıdır. Vəsatətə vəkillər və prokurorlarla yanaşı, F.Əliyev özü münasibət bildirib. O qeyd edib ki, nazir işlədyi dövrdə 3 min obyekt özəlləşdirilib və həmin obyektlərin heç biri bazar qiymətləri ilə özəlləşdirilməyib. Keçmiş nazir bildirib ki, dünyanın heç bir yerində əmlakın özəlləşdirilməsi bazar qiymətləri ilə aparılmır. Onun sözlərinə görə, Azərbaycanda da özəlləşdirmə prezidentin fərmanı və Nazirlər Kabinetinin qərarına uyğun aparılıb. Vəsatət müzakirə olunduqlan sonra hakim vəsatətin qismən təmin olunduğunu və bu məsələyə sübutların araşdırılması mərhələsində baxılacağını bildirib. Sonra Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin keçmiş rəis müavini, müttəhim Maarif Qurbanov ifadə verib. Bu şəxs F.Əliyevin göstərişi ilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməkdə təqsirləndirilir. Lakin Qurbanov ifadəsində bildirib ki, o, F.Əliyevin yox, Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin rəisi Kərəm Həsənovun göstərişi əsasında işləyib. Departamentin məhkəmədəki nümayəndəsi Qəhrəman Əliyev isə təqsirləndirilən şəxsin ifadəsinə etirazını bildirib və məhkəmənin nəzərinə çatdırıb ki, Qurbanov məhkəmə qarşısında şou nümayiş etdirir.

Məhkəmə davam edir.

Xəbər lenti

Xəbər lenti