...

Azərbaycanlı voleybolçular Ukrayna millisinə qalib gəldilər

Cəmiyyət Materials 17 Avqust 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması avqustun 20-də start götürəcək Heydər Əliyev Kuboku öncəsi keçirdiyi yoxlama oyununda Ukrayna millisi üzərində 3:2 hesablı qələbə qazanıb.

Trend in verdiyi xəbərə görə, ilk partiyada meydan sahibləri zəif çıxış edərək ukraynalılara 23:25 hesabı ilə yeniliblər. Lakin fasilədən sonra komandamız özünə gələrək oyunda tarazlığı bərpa edib və ikinci hissəni 25:17 hesabı ilə bitirib. Lakin üçüncü partiya yenidən ukraynalıların üstünlüyü ilə sonuclanıb. Növbəti partiya isə Faiq Qarayevin yetirmələrinin hesabına yazılıb və sonuncu partiyada voleybolçularımız bu üstünlüyü qoruyaraq hesabı 15:12 ediblər və oyunu müvəffəqiyyətlə bitiriblər.

Qeyd edək ki, məşqçilər korpusu oyunun gedişində heyətlə bağlı bəzi eksperimentlər edib. Belə ki, meydançaya Darya Zamanova ilə Polina Rəhimova çıxıb. Hər iki idmançı Çexiyada keçirilən "Spring Cup"da iştirak edib.

Xəbər lenti

Xəbər lenti