...

"RTR-Planeta"nın Azərbaycanda yayımının vaxtı uzadıldı

Cəmiyyət Materials 20 Avqust 2007 11:43 (UTC +04:00)
"RTR-Planeta"nın Azərbaycanda yayımının vaxtı uzadıldı

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya arasında münasibətlərin gərginləşməməsi üçün "RTR-Planeta"nın Azərbaycanın milli tezliyində yayımlanması sentyabrın əvvəlinə qədər uzadılıb. Bu barədə bazar ertəsi Trend ə açıqlamasında Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfinin təklifləri Rusiya tərəfində qiymətləndirilir. Məhərrəmli bildirib ki, Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı üzrə yaradılan İşçi qruplar müqavilənin ilkin şərtlərinə dair razılıq əldə edib. Hazırda Azərbaycanın AzTV telekanalının Rusiyada yayımı üçün texniki xidmətin istiqamətləri müəyyənləşdirilir.

MTRŞ-nin yanvarın əvvəlində çıxardığı qərara əsasən, Rusiyanın "ORT" və "RTR-Planeta" və Türkiyənin "STV" telekanallarının Azərbaycanın milli tezliyində yayımı iyulun 10-dan dayandırılmalı idi. İyulun 11-dən "ORT" telekanalının yayımı dayandırılıb, ancaq Rusiya tərəfinin müraciətindən sonra Azərbaycan telekanalının Rusiya ərazisində yayımlanması şərti ilə "RTR-Planeta"nın avqustun 10-na qədər yayımına dair qərar çıxarılıb. "STV"nin yayımlandığı tezlik üzrə isə müsabiqə elan edilib. Artıq telekanalların qarşılıqlı yayımı ilə yaradılan İşçi qrupların iki görüşü keçirilib.

Xəbər lenti

Xəbər lenti